Rusiya: Qara dənizdə Ukrayna əsgərlərini daşıyan ABŞ istehsalı qayıq məhv edilib


Rusiya Müdafiə Nazirliyi Qara dənizdəki İlan adasının şərqində ukraynalı əsgərləri daşıyan ABŞ istehsalı olan sürətli qayığın məhv edildiyini açıqlayıb.


Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bu gün səhər saatlarında həyata keçirilən əməliyyatla bağlı məlumat verilib.

Qara dənizdə Ukrayna əsgərlərini daşıyan sürət qayığına əməliyyat keçirildiyi ifadə edilən məlumatda, Rusiya ordusuna aid döyüş təyyarəsinin İlan adasının şərqində Ukrayna desant qrupunu daşıyan ABŞ istehsalı Villard Dəniz Qüvvələrinə məxsus sürətli qayığı məhv etdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu