ABŞ dövlət katibi sabah Ukrayna danışıqlarında iştirak etməyəcək


ABŞ dövlət katibi Marko Rubio Londonda Ukrayna üzrə keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak etməyəcək.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" Dövlət Departamentinin sözçüsü Temmi Bryusa istinadən xəbər verib. O, əvvəllər Rubionun Britaniya paytaxtına gedəcəyini bildirmişdi.

Agentlik yazır ki, Bryus ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Londonda olduğunu və məsləhətləşmələrdə iştirak edəcəyini bildirib. Amerika mətbuatının yazdığına görə, onunla danışıqlarda Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff iştirak etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu