Aİ Ukraynanı qəbul etsə, Rusiya ilə müharibə başlayacaq - Viktor Orban

Avropa İttifaqı Ukraynanı təkcə buna hazır olmadığına görə deyil, həm də ona görə qəbul etməməlidir ki, bu, Rusiya ilə onun üçün müharibə demək olardı.
AFN.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Biz müharibəni dayandırmaq niyyətini görmədiyimiz kimi, gələcək müasir Ukrayna iqtisadiyyatının konturlarını da görmürük. Təsəvvür edin ki, Ukrayna bu gün Avropa İttifaqının üzvü oldu. Onda Avropa İttifaqı həmin gün Rusiya ilə müharibəyə başlayacaq", - hökumət başçısı bildirib.
Buna baxmayaraq, Orban qeyd edib ki, Aİ-nin hər sammitində digər Avropa liderlərindən Ukraynanın birliyə qoşulmaq üçün bütün şərtləri yerinə yetirdiyini eşidirik.
"Onlar iddia edirlər ki, orada korrupsiya aradan qaldırılıb, qanunun aliliyi hökm sürür, insan hüquqlarına hörmət edilir, iqtisadiyyat daha da dayanıqlı olur. Lakin bu doğru deyil. Ukraynanın Avropa İttifaqına daxil olmağa hazır olduğunu söyləyənlər reallıqdan çox uzaqdırlar", - deyə baş nazir qeyd edib.