Orban: Aİ Ukraynanın əli ilə Rusiya ilə müharibə aparır


Avropa İttifaqının liderləri Ukraynanın əli ilə Rusiyaya qarşı müharibə aparır və qarşıdakı 10 il ərzində öz vəzifəsini ona qarşı çıxmaqda görürlər.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.



O, Ukrayna münaqişəsindən danışarkən qeyd edib ki, Brüssel Ukraynaya ümumavropa maraqlarının qorunduğu “Avropanın ön müdafiə xətti” kimi baxır. "Onlar düşünürlər ki, Ukrayna ordusu olmasaydı, Rusiya Avropa Birliyinə hücum edərdi”, - deyə Orban qeyd edib.



“Buna görə də Avropa hesab edir ki, qarşıdakı 10 il üçün ən mühüm vəzifə budur: ruslar başa düşsünlər ki, indi biz onlarla qarşılaşacağıq”, - deyə hökumət başçısı bildirib.



Orban bildirib ki, Macarıstan bu yanaşma ilə razı deyil və tezliklə atəşkəs əldə olunmasını və Ukraynadakı münaqişənin sülh danışıqları yolu ilə həllinin tərəfdarıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu