Orban: ABŞ Ukraynada sülh istəyir, Aİ müharibəni davam etdirməyə çalışır


ABŞ-ın yeni administrasiyası və Aİ rəhbərliyinin Ukraynadakı münaqişəyə yanaşması fərqlidir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. Onun sözlərinə görə, Vaşinqton indi sülh yolu ilə nizamlanmanın tərəfdarıdır, Brüssel isə müharibənin davam etdirilməsinin tərəfdarıdır.

"Avropalılar deyirlər ki, ukraynalıların Rusiyaya qarşı müharibədə qalib gəlməsi üçün sanksiyalar saxlanılmalı və hətta gücləndirilməlidir. Dünən ABŞ-ın dövlət katibi Marko Rubio uzun müsahibəsində deyib ki, hər kəsi aldatmaq ədalətsizlik olardı. Ukraynalılar bu müharibədə qalib gələ bilərlər, ona bu müsahibəyə görə təşəkkür edirəm, çünki bu, amerikalıların sanksiyalar deyil, sülh, avropalıların isə sülh deyil, sanksiyalar istədiyini göstərdi", - deyə hökumət başçısı bildirib.

O vurğulayıb ki, indi Avropa məntiqi Amerika məntiqindən tamamilə fərqlidir: "Biri müharibə məntiqi, digəri isə sülh məntiqidir. Macarıstan hökuməti hələ də Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir və bu məsələdə ABŞ-ın yeni prezidenti Donald Trampa ümid edir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu