"Qarabağ" "Bayer" oyunu heç-heçə bitdi
Bu gün UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Almaniya təmsilçisi "Bayer"i qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.
"Qarabağ" ilk hissədə 2 qol vurub. Almaniya təmsilçisi ikinci hissədə hesabı bərabərləşdirə bilib.
Qolları "Qarabağ"ın heyətində 26-cı dəqiqədə Yassin Benzia (1:0) və 45+2-ci dəqiqədə Juninyo (2:0), "Bayer"dən isə 70-ci dəqiqədə Florian Virtz (2:1) və 90+2-ci dəqiqədə Patrik Şik (2:2) vurub.
Qeyd edək ki, komandalar arasında cavab matçı martın 14-də Almaniyada keçiriləcək.