"Qarabağ" - "Bayer 04" oyununun baş hakimi kimdir?


Avroliqanın 1/8 final mərhələsində "Qarabağ" - "Bayer-04" oyununa təyinat alan fransalı Benua Bastyen ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək.


Offsideplus.az xəbər verir ki, 2014-cü ildən FIFA referisi olan ədalət təmsilçisi daha əvvəl Leverkuzen klubunun avrokubok görüşündə iş başında olub.

O, komandanın 2019/2020 mövsümündə evdə İtaliya təmsilçisi "Yuventus"a 0:2 hesabı ilə uduzduğu Çempionlar Liqasının qrup mərhələsinin qarşılaşmasına təyinat almışdı.

Bastyen cari mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində bir, qrupda iki, Avropa Liqasının qrupunda isə iki matç idarə edib.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer-04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu