“Qarabağ” “Bayer”ə qarşı


Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.


Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşəcək.

Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart

00:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu