“Bayer” - “Qarabağ” matçına getmək istəyənlərin nəzərinə!


UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.


Bu barədə Ağdam klubu məlumat yayıb.

Məlumata görə, biletin qiyməti 31 manat təşkil edir.

Qeyd edək ki, qarşılaşma martın 14-ü “BayArena”da keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu