İsrail hərbçiləri Qəzzada 1 kilometr uzunluğunda tuneli məhv edib


İsrail hərbçiləri Qəzza sektorunun cənubunda, Xan-Yunis şəhəri yaxınlığında, təxminən 1 km uzunluğunda olan bir tuneli məhv ediblər.



AFN.az xəbər xarici mediaya istinadən verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.



"188-ci zirehli briqada, Qəzza sektorunun Xan-Yunis ərazisində fəaliyyət göstərir. Hərbçilər İsrail Hava Qüvvələri ilə birgə silahlı radikal qrupunu məhv ediblər. Bu qrup onlara yaxınlaşaraq təhlükə törədib. Bundan əlavə, hərbçilər Xan-Yunis ərazisində təxminən 1 km uzunluğunda olan tuneli taparaq məhv ediblər", - deyə açıqlamada bildirilir.



"İsrail Dövlətinin mülki vətəndaşlarını qorumaq məqsədilə Qəzza sektorunda terror təşkilatlarına qarşı döyüş əməliyyatlarını davam etdirir", - deyə açıqlamada qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu