İsrail ordusu Qəzza zolağının cənubunda reyd keçirib
İsrail ordusu zirehli və mühəndis birləşmələrinin iştirakı ilə Qəzza zolağının cənubunda reyd keçirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, gecə saatlarında Qəzza zolağının cənubunda məqsədyönlü reyd zamanı İDF zirehli və mühəndis bölmələri binaların xəritəsini çəkmək və partlayıcı qurğuları zərərsizləşdirmək üçün kəşfiyyat əməliyyatı keçirib.
Qeyd edilib ki, əməliyyat zamanı əsgərlər tunel şaxtasından çıxan bir qrup terrorçu ilə qarşılaşıb. Hərbçilər terrorçulara cavab atəşi açıb və onları məhv ediblər.
Mətbuat xidməti əlavə edib ki, Qəzzə zolağında] quru əməliyyatı davam edir və bir gecədə IDF bölmələri onlarla terrorçunu və HƏMAS-ın terror obyektlərini məhv edib.
Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağının şimalındakı tunel minalarından və hərbi komplekslərdən İDF əsgərlərinə çoxsaylı hücum cəhdləri edilib. Əsgərlər ərazidə əməliyyat keçirərək terrorçuları və HƏMAS-ın silahlarını, həmçinin terrorçu məqsədlər üçün istifadə edilən lokallaşdırılmış tunel şaxtalarını məhv ediblər.