İsrail ordusu Cəbəliyyədə 100-dən çox HƏMAS silahlısının məhv edildiyini bildirib


İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında Cəbəliyyə qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı radikal Fələstinin HƏMAS hərəkatının 100-dən çox silahlısını məhv edib.


Bu barədə İsrail silahlı qüvvələrinin rəsmi nümayəndəsi Piter Lerner məlumat verib.

"HƏMAS-ın Cəbəliyyə düşərgəsindəki yeraltı infrastrukturu İDF-nin əməliyyatı zamanı aşkar edilib və məhv edilib. Əməliyyat şiddətli döyüşləri əhatə edib və bu döyüş zamanı 100-dən çox terrorçu məhv edilib. Bundan başqa, yüzlərlə silah aşkar edilib, ələ keçirilib və məhv edilib", - Lerner bildirib.

Dekabrın 1-də İsrail hərbçiləri HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzzada yenidən döyüşlərə başlayacağını bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu