İsrail əsgərləri Qəzzada 5 girovun cəsədini tapıblar


İsrail hərbçiləri oktyabrın 7-də İsrailə hücum zamanı oğurlanmış beş girovun cəsədini tapıblar.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Cəsədlər Qəzza zolağının şimalında Cəbəliyə düşərgəsinə nəzarəti ələ keçirmək üçün keçirilən əməliyyat zamanı aşkar edilib. Onların ölüm şəraiti məhkəmə-tibbi ekspertizanın rəyindən sonra ictimaiyyətə açıqlanacaq.

HƏMAS üzvlərinin istifadə etdiyi çoxsəviyyəli tunellər şəbəkəsi də aşkar edilib, bütün infrastruktur İsrail hərbçiləri tərəfindən məhv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu