Peskov: ABŞ silah satışı ilə Ukraynanın silahlandırılmasını davam etdirir

ABŞ-ın NATO üçün silah sataraq sonra bunları Ukraynaya göndərmə qərarı, Vaşinqton üçün biznesdir.
AFN.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Kiyevi dəstəkləmək baxımından isə ədədlərin yerini dəyişsən də, yekun nəticə dəyişmir", - Peskov qeyd edib.
O, ABŞ prezidenti Donald Trampın bu mövzudakı bəyanatlarını şərh edərkən deyib: "Nə olursa olsun, Ukraynanın silahlandırılması davam edir".