Peskov: “Baydenin açıqlamasını görməzlikdən gələ bilmərik”
“Rusiya ABŞ prezidenti Cozef Baydenin bu günlərdə rus həmkarı Vladimir Putinə qarşı söylədiyi fikirlərdən sonra da ABŞ-la münasibətlərini davam etdirməyə çalışacaq”.
AFN xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
“Yeni “soyuq müharibə” gözlənilirmi” sualına Peskov belkə cavab verib: “Prezident nə olursa olsun, münasibətləri davam etdirmək istədiyini bəyan etdi. Çünki bu, ölkələrin və bütün dünyanın maraqlarına cavab verir”.
Eyni zamanda, Peskov “Baydenin açıqlamalarını görməzlikdən gələ bilmərik” - deyə əlavə edib.
M.Vahidli