Peskov Baydenin Putinə qarşı təhqirlərini biabırçılıq və utanc adlandırıb
Rusiya lideri Vladimir Putinə qarşı yeni təhqirlərə yol verən ABŞ prezidenti Co Bayden üçün bu, biabırçılıqdır.
Bunu fevralın 22-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Rusiya liderinin mətbuat katibi həmçinin qeyd edib ki, Baydenin həyasız bəyanatları çətin ki, Putini incitsin.
“Ancaq bu, ölkənin özü üçün böyük utancdır, mən ABŞ-ı nəzərdə tuturam. Yəni belə bir ölkənin prezidenti belə bir söz işlədirsə, ayıb olmalıdır. Aydındır ki, cənab Bayden daxili siyasi maraqlar naminə Hollivud kovboyunun davranışını nümayiş etdirir. O, bunu çox istərdi, amma bunun mümkün olduğunu düşünmürəm”, - Peskov “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinlə söhbətində qeyd edib.
Peskov həmçinin qeyd edib ki, Amerika rəhbərliyi öz köməkçilərindən prezident Putindən sitatlar seçməyi xahiş edə bilər və onun heç bir bəyanatında onların ünvanına təhqiramiz sözlər tapmayacaqlar.