Baydenin Kiyevə səfəri Rusiya üçün qeyri-adi deyil - Peskov


ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiya üçün qeyri-adi hadisə deyil.


AFN.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət televiziyasına açıqlamasında deyib. O, bu səfərin Rusiyanın daxili siyasətinə təsir etmək iqtidarında olmadığını vurğulayıb. “Gəlin suveren qalaq və heç nəyə əhəmiyyət verməyək. Bizim üçün əsas prioritet özümüz və gündəmimizdir”, - deyə Peskov qeyd edib. O qeyd edib ki, bu hadisə vacibdir: "Kreml Baydenin Kiyev səfərini izləyir və Baydenin Polşaya səfəri zamanı nələrin baş verəcəyini izləyəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu