"Bayer Leverkuzen" ilk Almaniya çempionluğunu qazandı


Almaniya Bundesliqasının 29-cu həftəsində “Verder”i 5:0 hesabı ilə məğlub edən “Bayer Leverkuzen” liqanın bitməsinə 5 həftə qalmış çempionluğunu elan edib.



BayArenada keçirilən matçda "Bayer Leverkusen" "Werder Bremen"i 5:0 hesabı ilə məğlub edərək, liqanın yekunlaşmasına 5 həftə qalmış çempionluğunu elan edib.

Çempionat matçında Xabi Alonsonun komandasına qələbə gətirən qolları 25-ci dəqiqədə Viktor Boniface, 60-cı dəqiqədə Qranit Xaka, 68, 83 və 90-cı dəqiqələrdə Florian Virtz vurub.

Ardıcıl 10-cu qələbəsi ilə xalını 79-a yüksəldən "Bayer Leverkuzen" ən yaxın izləyicisi "Bavariya"nı 16 xal qabaqlayaraq, liqanın yekunlaşmasına 5 həftə qalmış çempionluğunu elan edib.

Bununla da "Bayer Leverkuzen" 119 illik klub tarixində ilk Bundesliqa çempionluğunu qazanaraq tarixi uğura imza atıb.

“Qırmızı-qaralar” ardıcıl 11 il çempion olan “Bavariya”nın hegemonluğuna da son qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu