“Qarabağ” 1/8 finalda mübarizəni dayandırdı


Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.


Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşəcək.

Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart

00:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.

***

“Bayer 04” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq.

“Bayer 04”: Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

“Qarabağ”: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

***

Matç başladı.

***

İlk hissə başa çatdı.

“Qarabağ”-0 “Bayer”-0

***

İkinci hissə başladı.

***

“Qarabağ” hesabı açdı.

58-ci dəqiqədə Abdulla Zubir fərqləndi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu