Qiymətli metallar və onların ərintilərinin analiz metodlarına dair dövlət standartı qəbul edilib


Qiymətli metalların və onların ərintilərinin keyfiyyətini yoxlanılması məqsədilə AZS 918:2022 “Qiymətli metallar və onların ərintiləri analiz metodlarına dair ümumi tələblər” dövlət standartı qəbul edilib.


Bu barədə AFN.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, qəbul edilən standart Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bu dövlət standartı təmizlənmiş metallar daxil olmaqla, qiymətli metalların (qızıl, gümüş, platin, palladium, rodium, iridium, rutenium və osmium) və qiymətli metallar əsaslı ərintilərin analiz üsullarına dair ümumi, həmçinin təhlükəsizlik tələblərini müəyyən edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu