Avqustda hərraclarda dollar satışı kəskin artıb – Rəqəmlər


2023-cü ilin avqustunda keçirilən hərraclarda xarici valyutaya tələbdə nəzərəçarpacaq artım müşahidə olunur.




AFN.az Mərkəzi Banka istinadən xəbər verir ki, avqustda keçirilən hərraclarda ümumilikdə 401,03 milyon dollar satılıb.



Avqustda valyutanın yarıdan çoxu son bir neçə hərracda alıcı tapıb.



Hərraclarda valyutaya tələbin artması əvvəlki ayların müqayisəsindən də görmək olar.



İyulda banklar 272,7 milyon dollar, iyunda 78,9 milyon dollar valyuta almışdı.



Ümumilikdə, yanvar-iyul ayları ərzində 1,844 milyard dollar, yəni hər ay orta hesabla 263,4 milyon dollar dəyərində valyuta satışı olub.



Bu il Azərbaycan Dövlət Neft Fondu dövlət büdcəsinə maksimum 6,9 milyard dollar köçürməlidir. Köçürüləcək aylıq məbləğ orta hesabla 575 milyon dollar təşkil edəcək.



Göründüyü kimi Neft Fondu ilk 7 ayda nəzərdə tutulandan xeyli az vəsaiti manata dəyişə bilib. Bunun səbəbi dollara tələbin zəif olmasıdır.



Amma avqustda vəziyyət bir qədər dəyişib və dollara tələb artıb. Tələbin indiki səviyyəsinin növbəti aylarda da qorunması mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu