Dollara tələb artdı: manat təzyiq altında...


10-17 avqust tarixlərində Mərkəzi Bankın təşkil etdiyi 3 valyuta hərracında 127.9 milyon dollar satılıb. Qeyd edək ki, bu, əvvəlki uyğun müddətdə təşkil edilən 3 hərrac ilə müqayisədə 27.3 faiz çox satış deməkdir. Bu isə son hərraclarda dollar tələbinin hiss edilən səviyyədə yüksəlməsindən xəbər verir.



AFN.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib.

Bayramov vurğulayıb ki, dollara tələbin artması mövsümi iqtisadi səbəblər ilə yanaşı, psixoloji faktorlarla da bağlıdır:

“Belə ki, yay mövsümünün sona yaxınlaşması, idxalın artması dollara yeni tələb yaradır. Bununla yanaşı, qonşu ölkələrdəki volatillik, xüsusən də Rusiyada rublun ucuzlaşması valyuta bazarına psixoloji təsir formalaşdırır”.

Millət vəkili qeyd edib ki, bu ilin birinci yarısında 8 milyard 198 milyon dollarlıq idxal qeydə alınıb. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 22.5 faiz çoxdur. İdxalın artması isə dollara daha çox tələb yaradır.

“Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsi hələ də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üç



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu