Prezident ipoteka ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi


Prezident İlham Əliyev “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.


AFN xəbər verir ki, dəyişikliklə qanuna yeni 43.7-1-ci maddə əlavə olunub.

Həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu