Azərbaycanda sağlamlıq turizminin inkişafı 1980-ci ildən vüsət alıb


“1980-ci ilin dekabrında Heydər Əliyevin rəhbərliyi ilə “Respublikada turizm-ekskursiya işinin inkişafı və təkmilləşdirilməsi haqqında” Qərar qəbul edildi. Bu qərarda turistlərə xidmətlərin sayının artırılması, onların keyfiyyətinin yüksəldilməsi və ekskursiya-turizm şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulurdu”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllimi Yasir Hacıyev AFN.az-a bildirib ki, bu qərarın yerinə yetirilməsi istiqamətində görülən işlərin nəticələrindən biri Lənkəran, Şəki, Qazax, Şirvan və Şamaxıda ilk səyahət və ekskursiya bürolarının fəaliyyətə başlaması oldu. Yeni turizm obyektlərinin tikintisi təmin edilib: “Nəticə etibarı ilə 1980-ci ildən başlayaraq Azərbaycanın sağlamlıq turizminin işinin şöhrəti həm SSRİ-də, həm də dünyanın müxtəlif ölkələrində özünə fərqli turist seqmentlərini cəlb edirdi. Bu sahə daha çox respublika əhalisi, eləcə də SSRİ-də yaşayan insanların istirahətinin təmin edilməsində və sağlamlığının bərpasında mühüm yer tutmağa başlayırdı. Həmin vaxtlar Azərbaycanın turizm-ekskursiya təşkilatları SSRİ-nin 170-dən çox şəhərinin turizm müəssisələri ilə əlaqə saxlayırdı. Bu isə öz növbəsində səyahət marşrutlarının genişlənməsinə səbəb olurdu. Bakıya gələn turistlərin də sayı sürətlə artırdı. Onlarla daha keyfiyyətli iş aparmaq üçün Bakı Xarici Turizm Bürosu yaradıldı”.
Yasir Hacıyev onu da diqqətə çatdırıb ki, 1982-ci ildə Azərbaycan Həmkarlar İttifaqının turist bazalarında 2364 nəfərlik çarpayı yeri var idi. Eyni zamanda Həmkarlar İttifaqının nəzdində müstəqil statusa malik olan 27 turizm təsərrüfatı fəaliyyət göstərirdi: “Turizmin daha da inkişaf etdirilməsinin vacib tələblərindən birinin də bu təsərrüfat sahəsinin maddi-texniki bazasının təmin edilməsi olduğunu yaxşı bilən respublika rəhbərliyi 1982-ci ildə turizm obyektlərinin tikinti və təmir mərkəzini, 1983-cü ildə Naxçıvan, Xankəndi və Mingəçevirdə, 1984-cü ildə Gəncədə və Sumqayıtda turizm klubları açıldı.1985-ci ildə respublikada artıq 19 ekskursiya bürosu fəaliyyət göstərirdi”.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu