Kəlbəcərdə ilk kurort zonası Heydər Əliyevin göstərişi ilə yaradılıb


“Azərbaycanda ilk sanatoriya 1922-ci ildə Mərdəkanda fəaliyyətə başlayıb, sonralar “Bilgəh” kardioloji sanatoriyası, “Abşeron”, “Günəşli”, “Qalaaltı” sanatoriyaları da yerli və gəlmə turistlərə xidmət etməyə başlayıb. “Araz” sanatoriyası isə məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb, onun açılışında şəxsən iştirak edib”.
Bunu AFN.az-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllimi Yasir Hacıyev deyib. Onun sözlərinə görə, Kəlbəcərdə yerləşən və istirahət mərkəzi kimi əsası 1927-ci ildə qoyulan “İstisu” sanatoriyasının da böyüməsində, bir müalicə-istirahət mərkəzinə çevrilməsində və ümumittifaq əhəmiyyətli turizm müəssisəsi statusu qazanmasında da H.Əliyevin xüsusi rolu var. Onun göstərişi ilə burada lazımi abadlıq-quruculuq işləri görülüb, hər il 50 min turistin müalicə olunub, istirahət etdiyi sağlamlıq-kurort zonası yaradılıb: “Sanatoriyaya yaxın ərazilərdə yaşayan insanların daimi işlə təmin olunması üçün mineral “İstisu” müalicəvi suyun istehsal olunduğu sudoldurma zavodu istifadəyə verildi. Həmin zavodda hər gün 800 min litrdən çox mineral su istehsal olunaraq satış yerlərinə göndərilirdi”.
Yasir Hacıyev onu da bildirib ki, 1969-cu ildə Sumqayıtda və Naftalanda ekskursiya büroları açılıb. 1970-ci ildə Zaqatalada turist bazası, 1971-ci ildə Xankəndidə, 1972-ci ildə Mingəçevirdə ekskursiya büroları, 1972-ci ildə Şuşada, 1975-ci ildə Qəbələdə və Nabranda turist bazaları, Bakıda isə “Qarabağ” turist mehmanxanası istifadəyə verilib. 1978-ci ildə Naxçıvanda səyahətlər və ekskursiya bürosu fəaliyyətə başlayıb.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu