"Apple" son 20 ilin ən uzunmüddətli satış azalmasını yaşayır


2023-cü maliyyə ilinin üçüncü rübünün nəticələrinə görə, Amerikanın “Apple” korporasiyasının gəliri bir faiz azalaraq 81,797 milyard dollar təşkil edib.


Şirkətin maliyyə hesabatlarına görə, bu müddət ərzində əsas məhsulların satışından əldə olunan gəlirlər orta hesabla 2-20 faiz azalıb.

"Apple"in ən böyük gəlir mənbəyi olan "iPhone"un satışları üçüncü rübdə 2,4 faiz azalaraq 39,7 milyard dollar olub. Mac gəlirləri 7 faiz azalıb. Ən əhəmiyyətli azalma (20 faiz) "iPad" planşetlərinin satış seqmentində qeydə alınıb. Zəif istehlak tələbi sonda korporasiyanın səhmlərinin dəyərinin 3,2 faiz azalmasına səbəb olub.

"Bloomberg"in məlumatına görə, texnologiya nəhənginin satışlarının azalması ardıcıl üçüncü rübdür ki, davam edir və qlobal miqyasda smartfon, kompüter və planşetlərə tələbatın azalması ilə izah olunur. Əgər dördüncü rübdə belə dinamika davam edərsə, bu, son 20 ilin ən uzun dinamikası ola bilər. Şirkətin baş maliyyə direktoru Luca Maestri bildirib ki, korporasiya 2023-cü maliyyə ilinin dördüncü rübündə azalmanın davam edəcəyini gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu