Ağstafada arvadı tərəfindən qətlə yetirilən kişi vəzifəli şəxsin oğludur - YENİLƏNİB


Qətlə yetirilən Elvin Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.


Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, mərhumun iki qız övladı var.(APA)

***

Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.


Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. Hadisənin onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu