Gəlinini öldürmək üçün evə eyvandan girdi


Karabükdə həbsdən yeni çıxan Tarık Çimen eyvandan çıxaraq girdiyi evdə olan 19 yaşlı gəlini Karbeyaz Çimeni başından güllələyərək öldürüb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Karabük mərkəzinə bağlı Yenimahalle Qazi Sokakda baş verib. Tarık Çimen adlı şəxs həyat yoldaşı, oğlu və gəlininin yaşadığı evə gizlicə girərək, ona böhtan atdıqlarını və həbs olunmasına səbəb olduqlarını iddia edərək mübahisə etməyə başlayıb.

3 mərtəbəli evin son mərtəbəsinə eyvandan çıxaraq girən Tarık Çimen 19 yaşlı gəlini Karbeyazı başından güllələyib. Daha sonra oğlu Səməd və həyat yoldaşı Gülər ​​Çimeni vurmaq istəyən Tarık Çimenin silahı atmayıb. Bu vaxt oğlu Səməd əlindəki bıçaqla atasının qoluna xəsarət yetirib. Hadisədən sonra tapançası əlindən düşən Tarık Çimen evdən qaçı.

Polis onu tutaraq nəzarətə götürüb.

Tarık Çimen polisə ilkin ifadəsində oğlu və gəlini ilə 3 ay əvvəl toy məsələlərinə görə mübahisə etdiyini, onların üzündən həbsə düşdüyünü bildirib. O, oğlu və gəlininin ona böhtan atdıqlarını deyib. İyunun 22-də həbsdən çıxan Tarık Çimen oğlu Səmədi, həyat yoldaşı Güləri və qızını öldürmək üçün yaşadığı evə getdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu