Universitetdə professor və iki tələbə bıçaqlanıb


Kanadanın Vaterloo Universitetində “gender problemləri” dərsi zamanı çərşənbə günü bir professor və iki tələbə bıçaqlanıb.


"Associated Press"in yerli polisə istinadən verdiyi məlumata görə, şübhəli şəxs nəzarətə götürülüb.

Xəsarətlərin həyati təhlükəsi olmadığını deyən polis, Vaterloo Universitetindəki hücumun motivinin hələ aydın olmadığını bildirib. Şübhəli müstəntiqlər tərəfindən dindirilir.

Vaterloo Universitetinin kommunikasiyalar üzrə vitse-prezidentinin köməkçisi Nik Manninq şübhəli şəxsi universitet icmasının üzvü adlandırsa da, həmin şəxsin tələbə olub-olmadığını söyləməkdən imtina edib.

Manninq deyib ki, bıçaqlanma universitetin saytında "gender məsələləri" ilə məşğul olan Fəlsəfə Kursu 202-də baş verib.

Tələbələr bildiriblər ki, naməlum şəxs sinif otağına daxil olub və professorun adını soruşduqdan sonra dərhal bıçağı çıxarıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu