Üç universitetin tələbələri arasında dava - bıçaqlanan var


Bakıda tələbələr arasında dava olub, xuliqanlıq hərəkətləri törədilib.


DİN-in Mətbuat xidmətindən bildirilib ki, bu gün 2003-cü il təvəllüdlü tələbəyə kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, müxtəlif ali təhsil müəsissələrindən olan bir neçə tələbə saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Faktla bağlı Nərimanov RPİ-də xuliqanlıq ittihamı ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı 3 universitetin tələbələri davaya qarışıb. Xəsarət alan tələbə hazırda xəstəxanadadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu