Taylandda alman iş adamının parçalanmış cəsədi dondurucuda tapılıb


İtkin düşmüş alman iş adamının parçalanmış cəsədi Taylandın cənubunda evlərdən birində dondurucuda tapılıb.


AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, Nonq Pru şəhərinin polis rəisi Tavi Kudthalaeng 62 yaşlı Hans-Piter Makın cəsədi bazar ertəsi yerli vaxtla saat 23 radələrində aşkar edildiyini bildirib. Mak bir həftə idi itkin düşmüş hesab olunurdu.

Tavinin sözlərinə görə, müstəntiqlər onun meyitini ərazidə quraşdırılmış müşahidə kameralarının videogörüntülərindən istifadə edərək aşkar ediblər. Tailand mediasının yaydığı foto və videolarda qara yük maşınının arxasındakı dondurucunun yanında çömbəlmiş bir kişi olduğu görünür.

Mak sonuncu dəfə özünün "Mercedes" sedanını Taylandın cənubundakı sahil şəhəri Pattayada sürərkən görülüb. Ailəsinin itkin düşməsi ilə bağlı bildirişinə görə, onun geri qayıtması ilə bağlı məlumat üçün 3 milyon baht (86 min dollar) mükafat təklif edilib.

Yerli mətbuatın yazdığına görə, Mak taylandlı arvadı ilə Pattayada yaşayıb və daşınmaz əmlak brokeri işləyirmiş. O, bir neçə il imiş Taylandda yaşayırmış.

Makın "Mercedes E350" markalı avtomobili bazar günü Çonburi əyalətindəki Pattayanın şimal-şərqində əcnəbilər arasında məşhur olan Nong Prue qəsəbəsindəki kondominiumun dayanacağında tapılıb.

Polisin bildirdiyinə görə, avtomobilin oturacaqları, idarə paneli, sükanı və digər hissələrində təmizləyici həlledici maddənin izləri aşkar edilib.

Tavinin sözlərinə görə, polis Makın bank hesabında külli miqdarda pulun olmadığını müəyyən edib və onların qətllə əlaqəli olduğunu düşünürlər. Polis rəisi təfərrüat verməkdən imtina edib, lakin müstəntiqlərin həm alman, həm də taylandlı bir neçə şübhəlini axtardığını söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu