Salyanda itkin düşən 38 yaşlı kişi tapılıb


Salyan rayonunda itkin düşən 1983-cü il təvəllüdlü Məmmədov Niyaməddin Məzahim oğlu tapılıb.



Bu barədə AFN-ə onun qardaşı İxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, mətbuatda qardaşının itkin düşməsi ilə bağlı məlumat yazılandan sonra N.Məmmədov telefon vasitəsi ilə ailə üzvləri ilə əlaqə saxlayıb: “Qardaşım artıq tapılıb. Niyaməddin bizimlə danışan zaman hazırda yaxşı olduğunu dedi. Mən də bu barədə Salyan Rayon Polis Şöbəsinin rəhbərliyinə bildirdim.”.

Qeyd edək ki, N.Məmmədovun yaxınları Salyan Rayon Polis Şöbəsinə müraciət edərək onun itkin düşməsi barədə məlumat verib. Bildirilib ki, o, ötən il dekabrın 30-u saat 15:30 radələrində evdən çıxıb və geri qayıtmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu