Bakıda qanunsuz fəaliyyət göstərən qumarxana aşkarlandı - VİDEO


Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində paytaxtın Nəsimi rayonunda yerləşən “Huqqa” restoranında qanunsuz qumar oyunlarının təşkil edildiyini müəyyən edib.



AFN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Keçirilən tədbirlərlə qumar oyunlarının təşkilatçısı qeyd edilən restoranın sahibi Rasim Rzayev, həmçinin iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov, Musa Ağamalıyev və Cavad Kərimov saxlanılıblar. Baxış zamanı restoranda kartlar və qumar oyunlarına qoyulmuş pul vəsaiti aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırmalarla obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu