Zelenski hərbçilərə internetdə qumar oynamağı qadağan edib


Ukrayna prezidenti Vladimir Zeleski Milli Təhlükəsizlik və Müdafiə Şurasının “İnternetdə qumar oyunlarının fəaliyyətinin mənfi nəticələrinə qarşı mübarizə haqqında” qərarını qüvvəyə mindirib.


AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, qey edilən qərarda hərbçilər üçün qumar oyunlarının qadağan edilməsi də nəzərdə tutulur.

Sənəddə, xüsusilə, hərbi vəziyyət dövründə hərbi qulluqçuların qumar oyunlarına girişinin qadağan edilməsi təklif edilir.

Bundan əlavə, qanuna əsasən, qumar reklamının bütün formalarının, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin simvollarından istifadənin məhdudlaşdırılması prosedurunun hazırlanması və onlayn rejimdə çoxsaylı hesabların qeydiyyata alınmasının qadağan edilməsi təklif edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu