Kolumbiyada “Alacran” ləqəbli dəstə başçısı tutulub


Kolumbiyadakı Kali kartelinin keçmiş üzvü, “Los Magicos” dəstəsinin lideri kimi tanınan “Alacran” ləqəbli Henri Loaiza Ceballos təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.



Uzun bir rekorda sahib olan "Alacran"ın 300 adamın qətlindən məsul olduğu öyrənilib.

Kolumbiya polisinin “Katarsis 3” adlandırdığı əməliyyat Cundinamarca və Valle del Cauca inzibati bölgələrində eyni vaxtda həyata keçirilib.

Basqın zamanı mütəşəkkil cinayətkar dəstənin başçısı "Alacran" və onun iki ən yaxın adamının da saxlanıldığı bildirilib.

"Alacran" hədə-qorxu ilə tələb etməkdə, adam öldürməkdə, işgəncə verməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində və cinayətkar dəstə yaratmaqda ittiham olunur.

Çox qaranlıq keçmişi olan "Alacran" ölkədə zorakılığın intensiv olduğu 1986-1994-cü illər arasında 300 nəfərin qətlindən günahlandırılır.

Bir vaxtlar Kali kartelinin ən güclü üzvlərindən biri hesab edilən "Alacran"ın 1995-ci ildə Trujillo qəsəbəsinə edilən hücumda 43 nəfərin öldürülməsində əli olduğu iddia edilir.

1995-ci ildə polisin keçirdiyi əməliyyatla yaxalanan "Alacran" 22 il həbs cəzası çəkdikdən sonra 2017-ci ildə hakimin qərarı ilə azadlığa buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu