İspaniyada qanuni oğru Levan Svan və 25 adamı saxlanılıb


Barselonada polis kriminal dairələrdə Levan Svan kimi tanınan 48 yaşlı qanun oğru Levan Dadeşkelianini və onun 25 adamını saxlayıb.



Bu barədə “Prime Crime” “Rustavi 2” televiziya şirkətinə istinadən məlumat yayıb.

Qrup Barselona və Malaqada fəaliyyət göstərib, burada mənzillərin oğurluğu ilə məşğul olub. Mütəşəkkil cinayətkar qrupda bir neçə qadın məsləhətçi də iştirak edib. Dəstə üzvlərinin hamısı birbaşa Dadeşkelianinin yanında işləyiblər.

2020-ci ilin yayında əsasən Avropada yaşayan Oniani-Canqveladze klanından olan qanuni oğrular öz aralarında davaya başlayıblar. İlk münaqişə İtaliyanın Neapol şəhərində baş verib və burada Dadeşkeliani və Kako ləqəbli Akaki Landia arasında dava düşüb.

Bundan əvvəl Nyu-Yorkda (ABŞ) gürcü cinayətkar dəstəsinin 4 üzvü pul tələb etməkdə ittiham olunaraq saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu