Cənubi Afrikada 3 misirli keşiş bıçaqlanaraq öldürüldü


Cənubi Afrikanın Yohannesburq şəhəri yaxınlığındakı monastırda bıçaqlı hücum nəticəsində üç misirli keşiş öldürülüb.



Cənubi Afrika Kopt Pravoslav Kilsəsinin Facebook hesabında yer alan yazıda, "Bu gün Cənubi Afrikanın Yohannesburq şəhərindəki Müqəddəs Mark Apostol və Etirafçı Müqəddəs Samuelin Kopt monastırında 3 keşiş cinayətkar hücuma məruz qalıb. hücum 3 keşişin ölümü ilə nəticələnib”. ifadələrdən istifadə edilib.

Açıqlamada hadisə ilə bağlı lazımi araşdırmalara başlanıldığı və Misirin Pretoriyadakı səfirinin vəziyyəti izləmək üçün monastıra getdiyi bildirilib.

Cənubi Afrika polisindən verilən açıqlamada Misir Xristian Kopt Ortodoks Kilsəsinə aid bu 3 keşişin şəxsiyyəti məlum olmayan hücumçular tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilib.

Açıqlamada hücum nəticəsində başqa bir keşişin də yaralandığı qeyd edilib və cinayətkarların heç bir qiymətli əşyaya toxunmadan hadisə yerindən qaçdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu