Azərbaycanda qayınata və qayınana hamilə gəlini döydü




Daşkəsəndə hamilə qadın döyülüb.



“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Əmirvar kənd sakini, 2000-ci il təvəllüdlü Ayşə Abdullayeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İki aylıq hamilə olan A. Abdullayevaya yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, A. Abdullayeva qayınanası Tamara İsmayılova və qayınatası Azad İsmayılov tərəfindən döyülüb.

İlkin məlumata görə, evdəki davaya səbəb gəlin gələndə A. Abdullayevaya valideynləri tərəfindən qoyun verilməməsi olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu