22 yaşlı hamilə arvadını döydü, uşağı tələf oldu


Gəncə şəhərində 22 yaşlı hamilə qadını əri döyüb.


1992-ci il təvəllüdlü Muraz İsgəndərov mübahisə zamanı hamilə olan həyat yoldaşı, 1999-cu il təvəllüdlü T.Məmişovanı döyərək ağır bədən xəsarətləri yetirib. T.Məmişova 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T.Məmişovanın həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü İsgəndərov Murazın döyməsi nəticəsində çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə ŞBPİ Nizami rayon Polis İdarəsinə məlumat daxil olub: “Müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu