Katex şəlaləsi turizm marşrutu kimi qəbul edilə bilər


"Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala biorezervatının yaradılması layihəsi başlayıb. Katex şəlaləsi turizm marşrutlarından biri kimi qəbul edilə bilər".


Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda deyib. Rəis müavini qeyd edib ki, layihə başa çatdıqdan sonra qoruğun bazasında rezervat yaradılacaq: “Bu da orada ekoturizmin fəaliyyətinə imkan yaradacaq. Bununla da Katex şəlaləsi turizm marşrutlarından biri kimi qəbul edilə bilər. Bunun üçün müəyyən araşdırmalar lazımdır. Həm yerli, həm xarici ekspertlərin rəyi önəmlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu