Azərbaycanın şimal və şimal-qərb rayonlarında yeni milli parklar yaradılır


"Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala-Balakən Biosfer Rezervatının, həmçinin əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx (Alazan) çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən ərazilərdə, həmçinin Qax Dövlət Təbiət Yasaqlığı və İlisu Dövlət Təbiət qoruğunun bazasında yeni milli parkların yaradılması işlərinə başlanılıb".


"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Bioloji müxtəlifliyin qorunması mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bioloji müxtəlifliyin qorunması istiqamətində regional və qlobal səviyyədə əməkdaşlığa xüsusi önəm verilir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bioloji müxtəlifliyin mühafizəsi istiqamətində qəbul edilmiş bütün konvensiyalara qoşulub və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu