Qənirə Paşayeva Qırğız Milli Yazıçılar Birliyini ziyarət edib - FOTOLAR


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Qırğız Respublikası Milli Yazıçılar Birliyini ziyarət edib.


AFN.az xəbər verir ki, Qırğız Respublikası Milli Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət xadimi, tanınmış şair Nurlan Kalıbekov Qənirə Paşayevanı və görüşdə onunla bərabər iştirak edən Milli Məclis üzvlərini – Elm və təhsil Komitəsinin üzvü Müşviq Məmmədli, İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədr müavini Əli Məsimli, “NƏFƏS” İctimai Birliyinin rəhbəri Firəngiz Balakişayeva və Avrasiya Beynəlxalq Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlunu salamlayıb. Görüşdə Qırğız Milli Yazıçılar Birliyinin sədr müavini K.Kadırakunov, şair Cediger Saalayev, yazıçı J.Monolodorov, C.Akaeva, A.İsmayılov, J.Tursunbayev, B.Sarıbay iştirak edib.

Sədr N.Kalıbekov bildirib ki, iki qardaş-dost xalq arasında ədəbi əməkdaşlıq getdikcə daha da güclənir. O, Q.Paşayevanın həmmüəllifi olduğu “Qarabağ hekayələri”, DGTYB ilə ortaqlaşa araya-ərsəyə gətirilən “Gənc Qırğız şeiri antologiyası” haqqında danışıb.

Qırğızıstan kimi, Qırğız Milli Yazıçılar Birliyini də özü üçün doğma bildiyini vurğulayan Q.Paşayeva çıxışında 2023-cü ildə Azərbaycanın Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini xatırladıb, bu planda Azərbaycanda qardaş ölkələrin, o cümlədən Qırğızıstan ədəbiyyat, mədəniyyət xadimlərinin iştirakı ilə tədbirlər keçiriləcəyini söyləyib.

İclasın sonunda sədr N.Kalıbekov Q.Paşayevaya Qırğız Milli Yazıçılar Birliyinin – “Razıçılıq Baratı”nı – “Təşəkkürnamə”sini təqdim edib. Təltifdə Qırğız və Azərbaycan yazıçılarının ədəbi əlaqələrinin inkişafı və güclənməsi işinə töhfələrinə görə Qənirə Paşayevaya təşəkkür edilir.

Q.Paşayeva isə Yazıçılar Birliyinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib, habelə kompüter və printer dəsti hədiyyə edəcəyinə söz verib.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu