Firon II Ramzesin heykəlinin oğurlanmış hissəsi İsveçrədən geri qaytarılıb


Cenevrədə müsadirə edilərək Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin 3400 illik heykəlinin oğurlanmış fraqmenti vətəninə qayıdıb.


Bu barədə aprelin 21-də “Egypt today” jurnalı Misir Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Diplomatik xidmətin bildirdiyinə görə, heykəlin bir parçası 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində qədim Abydos şəhərinin məbədindən oğurlanaraq İsveçrəyə aparılıb. Oğurlanmış hissə 2023-cü ilin iyulunda tapılaraq müsadirə edilib.

Misirin Berndəki səfirliyi və İsveçrə Federal Mədəniyyət İdarəsinin (FOC) birgə səyləri nəticəsində artefakt "EgyptAir"in xüsusi reysi ilə təhlükəsiz şəkildə Misirin Turizm və Qədim Əsərlər Nazirliyinə qaytarılıb.

Qeyd edək ki, Misir və İsveçrə 2010-cu ildə qədim əşyaların qaçaqmalçılığı ilə mübarizə haqqında saziş imzalayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu