Avstriyalı iş adamları Qarabağa səfər edəcək


Gələn ilin aprel-may aylarında Avstriyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək.


“Report” xəbər verir ki, bunu Avstriyanın İqtisadiyyat Palatasının Azərbaycan, Gürcüstan və Türkiyə üzrə bürosunun rəhbəri Georq Karabazçek deyib.

O, bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Bakıda keçirilən Azərbaycan və Avstriya sakibkarlarının B2B görüşündə danışıb.

G.Karabazçekin sözlərinə görə, Avstriya şirkətləri Qarabağda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqldıır: “Layihələri nəzərdən keçirəcəyik və uyğun olanlara qoşulmağı düşünürük”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu