Su çərşənbəsində ölkə üzrə 18 min ağac əkilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Su çərşənbəsində ölkə üzrə ümumilikdə 18 000 ağac əkib.


Nazirliyin Mətbuat katibi İradə İbrahimova "AFN.az"a bildirib ki, Novruzun ilk əlamətdar günündə təbiətimizə töhfə verməklə Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Sabirabad, Zaqatala, Şəki, Ağstafa, Quba, Şabran, Qəbələ, Şamaxı, Ağcabədi, Gögöl, Tovuz, Şirvan, Lənkəran və Masallı rayonlarının meşə fondu torpaqlarında gün ərzində ağacəkmə tədbirləri davam etdirilib.

Ölkədə ənənəyə çevrilmiş və bütün regionları əhatə edən ağacəkmə aksiyalarında bu gün nazirliyin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də yaxından iştirak edib.

Nazirlik sözçüsü Su çərşənbəsində ağac əkilməsinin, eyni zamanda, bu il ölkədə yaz əkinlərinə start verilməsi ilə bağlı kampaniyanın başlanğıcı olduğunu da vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu