Yunanıstan XİN-dən Azərbaycana təşəkkür


Yunanıstan Xarici İşlər Nazirliyi Azərbaycana təşəkkür edib.


Bu barədə nazirliyin tvitter hesabında məlumat paylaşılıb.

“Azərbaycana meşə yanğınlarında Yunanıstana dəstək və həmrəylik nümayiş etdirdiklərinə görə səmimi minnətdarlığımızı bildiririk”, - XİN-dən bildirilib.

Qeyd edək ki, Yunanıstan temperaturun kəskin artması fonunda müşahidə olunan meşə yanğınları ilə mübarizə aparır.

Mənbə: Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu