Rəsmi Bakı İsrailə kömək göstərməyə hazır olduğunu bildirib


"Azərbaycan İsraildə davam edən meşə yanğınları ilə bağlı öz köməyini göstərməyə hazırdır".


AFN-in xəbərinə görə, bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi öz rəsmi tvitter hesabında yazıb.

“İsraildəki dağıdıcı meşə yanğınlarını yaxından və narahatlıqla izləyirik. Azərbaycan lazım gəldiyi təqdirdə təcili yardım göstərməyə və yanğını söndürmə səylərində ölkəyə kömək etməyə hazırdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrail Qərbi Qüdsdəki meşə yanğınlarını söndürmək üçün dünya ölkələrindən kömək istəyib. Avqustun 15-indən başlayan meşə yanğınlarında 16 min hektardan çox meşə sahəsinin yandığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu