Azərbaycanın yeni səfiri hələ Əfqanıstana getməyib


Əfqanıstanda hazırda mülki Azərbaycan vətəndaşları yoxdur.


Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayevabildirib.

Onun sözlərin görə, Azərbaycan Rrespublikasının Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

"Təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib. Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir”, - deyə Azərbaycan XİN sözçüsü əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu