Prezident dörd ölkəyə səfir təyin etdi


Prezident İlham Əliyev dörd ölkəyə səfir təyin edib.


Dövlət başçısının imzaladığı sərəncamlarla Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstan Respublikasında, Ülvi Vaqif oğlu Baxşəliyev Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Həmçinin Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Qazaxıstandakı, Lətif Seyfəddin oğlu Qəndilov Belarusdakı səfiri və eyni zamanda Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının imzaladığı sərəncamlarla Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycanın Tacikistan Respublikasında, Xəzər Nadir oğlu Fərhadov isə Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Prezidentin digər sərəncamları ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistan Respublikasındakı, Əli Fikrət oğlu Əlizadə isə Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu