Baş prokuror: Birinci Qarabağ müharibəsindən indiyədək törədilən cinayərlər araşdırılır


"Vətən müharibəsi başlayan gündən etibarən Ermənsitan hərbi-siyasi rəhbərliyinin, hərbiçilərin törətdiyi cinayətlər Baş Prokurorluq tərəfindən rəsmləşdirilib, prosesual qanunvericiliyin tələbinə uyğun olaraq sənədləşdirilib".


Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Baş Prokurorluqda kifayət qədər sübut və dəlillər var: "Birinci Qarabağ müharibəsindən indiyədək törədilən cinayərlər araşdırılır. Hərbi Prokurorluqda xüsusi İstintaq şöbəsi mövcuddur. Həmin şöbə yalnız Ermənistan tərəfindın Azərbaycan və Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlərin istintaqı ilə məşğuldur. Şöbədə işləri araşdırılır və sübutlar yığılır".

K.Əliyev deyib ki, hazırda əldə olan sübut və dəlilləri realizasiya edilir:
"İki istiqamətdə işlərimizi qurmuşuq. Birincisi ondan ibarətdir ki, cinayət törətmiş şəxslərin beynəlxalq axtarışa verilməsi, onların saxlanılaraq ədalət məhkəməsinə cavab verməsinə nail olmaqdır. İkinci tərəf isə beynəlxalq məhkəmələrdə Ermənistanın cinayətkar rəhbərliyini, digər vəzifəli şəxsilərinin məsuliyyətə cəlb olunmasına nail olmalıyıq. Bununla bağlı Prezident tərəfindən imzalanan sərəncam əsasında bununla bağlı komissiyalar yaradılıb. Məqsəd cinayət törədən şəxslərin məsuliyyətinin cəlb olunmasına və konpesasiya ödənilməsinə nail olmaqdır".

"Artıq Beynəlxalq Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində iddia ərizəsi verilib və icraata qəbul edilib. Bu il 18 oktyabrda iddiaya baxılacaq", - o vurğulayıb.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu